Gündəm / Cəmiyyət

"Azəristiliktəchizat" TƏMİRİ NİYƏ İNDİYƏ SAXLAYIB Kİ? - GİLEY

"Azəristiliktəchizat" TƏMİRİ NİYƏ İNDİYƏ SAXLAYIB Kİ? - GİLEY
 
 
 
 
 
 
 
 
Ötən gün paytaxtın Xətai rayonunun bir sıra küçələrində istiliyin verilməsi dayandırılıb.

Rayonun Mehmandarov, Neapol, Nəsrəddin Tusi küçələrində istiliyin verilməsində uzun fasilə yaranıb.

Xüsusən də havaların belə soyuq keçdiyi zamanda bu problemlər hansı səbəblərdən qaynaqlanır?

Bu barədə Cebhe.info-ya açıqlamasında "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Rafiq Əliyev bildirib ki, istiliyin dayandırılması təmirlə bağlı olub:

"Dünən səhər saatlarında, təxminən 9-12 arasında istilik azaldılmışdı, ancaq sonra bərpa edildi. Gəncə prospekti ilə Zığ yolu arasında yerləşən "Azərenerji”nin istilik-elektrik mərkəzindən gələn hissəsi təmir olunurdu. Bu səbəbdən temperaturu aşağı salmışdılar, yəni tam kəsməmişdilər. Saat 12-dən sonra bərpa edildi”.//Dia.az