Gündəm / Hadisə

“Zapravka”nı partladacağı ilə hədələyib pul tələb etdi

“Zapravka”nı partladacağı ilə hədələyib pul tələb etdi
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

Gəncə şəhərində naməlum şəxs yanacaqdoldurma məntəqəsini partladacağı ilə hədələyərək işçidən 300 manat tələb edib.

Milli.Az xəbər verir ki, səhər saat 5 radələrində naməlum şəxs şəhərdə yerləşən "Samux Petrol" yanacaqdoldurma məntəqəsinə gələrək orada işləyən Həsən Bağırovu bıçaqla hədələyib və özü ilə gətirdiyi benzini yerə tökərək yanğın törətməklə "zapravka"nı partladacağını deyib. Və işçidən üzərində olan pulu tələb edib.

Lakin H.Bağırov polisə məlumat verib və ona müqavimət göstərib. Bundan sonra naməlum şəxs hadisə yerindən qaçıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə cinayət işi başlanılıb. Həmin adamın şəxsiyyətinin müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilməsi üçün istintaq davam etdirilir.