Gündəm / İqtisadiyyat

Azərbaycanın TDƏŞ ölkələri ilə ticarət dövriyyəsi 4,4 mlrd. dollara çatıb

Azərbaycanın TDƏŞ ölkələri ilə ticarət dövriyyəsi 4,4 mlrd. dollara çatıb
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Fevralın 24-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) energetika nazirlərinin 1-ci görüşü keçirilib. Azərbaycanın təşkilata sədrliyi çərçivəsində baş tutan video-konfransda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstanın yüksək səviyyəli nümayəndələri iştirak edib.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, tədbir Azərbaycanın energetika naziri Pərviz Şahbazov və TDƏŞ-in Baş katibi Bağdad Amreyevin açılış nitqləri ilə başlayıb.

Məlumata görə, iclasa sədrlik edən nazir bildirib ki, türkdilli dövlətlərlə siyasi və iqtisadi əlaqələrin genişləndirilməsi Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü şəkildə davam etdirdiyi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası nüfuzlu, çoxtərəfli əməkdaşlıq formatı kimi uğurla inkişaf edir və Azərbaycanbu əməkdaşlığın humanitar müstəvidən çoxşaxəli iqtisadi müstəviyə doğru genişlənərək inkişafına öz töhfəsini verir: "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrlə Azərbaycanın ticarət dövriyyəsi 2009-cu illə müqayisədə 2020-ci ildə 3,5 dəfə artaraq 4,4 mlrd. ABŞ dollarına çatıb. Şuraya üzv ölkələrin Azərbaycanın xarici ticarətindəki payı 17,9% təşkil edir. Bu ölkələr 1995-2020-ci illər ərzində Azərbaycan iqtisadiyyatına 13 mlrd. ABŞ dolları həcmində investisiya qoyub. Azərbaycan isə üzv ölkələrin iqtisadiyyatına 18,3 mlrd. ABŞ dolları sərmayə yatırıb”.