Gündəm / Səhiyyə

AMEA-ya narkomaniya ilə bağlı yeni müalicə üsullarının hazırlanması tapşırılıb

AMEA-ya narkomaniya ilə bağlı yeni müalicə üsullarının hazırlanması tapşırılıb
 
 
 

 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

Narkotikdən sui-istifadə edənlərin aşkar edilməsi metodlarının təkmilləşdirilməsi ilə bağlı tədqiqatlar aparılacaq.

APA-nın məlumatına görə, bu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2021-ci il üçün İş Planında əksini tapıb. 

İş Planına əsasən, Səhiyyə Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) mütəmadi olaraq bu istiqamətdə araşdırmalar aparacaq.

Bildirilib ki, həmçinin AMEA tərəfindən 2021-ci i ərzində narkotik asılılığın patogenezinə əsaslanan yeni müalicə üsullarının işlənilməsi üzrə tədqiqatlar aparılacaq.