Gündəm / Hadisə

Fevralın 22-də gözlənilən hava şəraiti

Fevralın 22-də  gözlənilən hava şəraiti
 
 
 
 
 
 
 
 
 
 
 
 
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə fevralın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  Abşeron yarımadasında gecə 0-3 dərəcə isti, gündüz 

7-9 dərəcə isti, Bakıda gecə 1-3 dərəcə isti, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 768 mm civə sütununa enəcək, nisbi rütubət  gecə 70-80 faiz, gündüz 50-55 faiz  olacaq.  
 
Fevralın 22-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 0-4 dərəcə şaxta, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 15-17 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.