Gündəm / Siyasət

Azərbaycanda yeni qərar qəbul edildi: Müvəqqəti DAYANDIRILDI

Azərbaycanda yeni qərar qəbul edildi: Müvəqqəti DAYANDIRILDIMəktəbəqədər təhsil müəssisələrində (uşaq bağçaları) uşaq qəbulu müvəqqəti dayandırılıb.

Sonxeber.az xəbər verir ki, bağça rəhbərləri və müəllimlərin vaksinasiyası başa çatana qədər məktəbəqədər təhsil müəssisələrində yeni uşaqlar qəbul edilməyəcək. Daha sonra epidemioloji vəziyyətdən asılı olaraq məsələyə baxılacaq.

 

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən faktı APA-ya təsdiqləyiblər.

Qeyd edək ki, uşaq bağçaları fevralın 15-dən fəaliyyətini bərpa edib.