Gündəm / Hadisə

Soyğunçuluğa görə saxlanılan şəxsdə heroin aşkarlandı

Soyğunçuluğa görə saxlanılan şəxsdə heroin aşkarlandı
 
 
 
 
 
 
 
Lənkəranda soyğunçuluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Demokrat.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat keçiriblər.

Əməliyyat-axtarış tədbiri nəticəsində fevralın 18-də T.Məlikova zor tətbiq edərək çantasından 600 manat dəyərində lotoreyanı soyğunçuluq yolu ilə aparmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş M.Ağayev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.