Gündəm / İdman

UEFA Avstriya çempionatının bombardirini dopinqə görə diskvalifikasiya edib

UEFA Avstriya çempionatının bombardirini dopinqə görə diskvalifikasiya edib
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

 
 
 
 

UEFA Avstriyanın "Zalsburq” klubunun iki futbolçusu cəzalandırıb.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Mohamed Kamara və hücumçu Seku Koyta üç aylıq diskvalifikasiya edilib.

Hər iki oyunçu dopinqdən istifadə üçün cəza alıb. Futbolçular bilməyərəkdən qadağan olunduğu preparatdan yararlandıqları üçün belə yüngül cəza ilə canını qurtarıb. Kamara ilə Koyta ötən ilin dekabrında Mali yığmasından qayıdarkən dopinq testdə ilişib.

Qeyd edək ki, Kamara cari mövsüm 14 oyun keçirib. Koyta isə 16 oyunda vurduğu 14 qolla Avstriya çempionatının bombardiridir.