Gündəm / Hadisə

ABŞ-da azərbaycanlı gənc itkin düşdü

ABŞ-da azərbaycanlı gənc itkin düşdü
 
 
 
 
 
 
 
 
ABŞ-ın Nyu York şəhərində azərbaycanlı gənc, 1999-cu il təvəllüdlü Aslanov Rahim Tarahim oğlu itkin düşüb.

"Report"un yerli bürosunun məlumatına görə, ABŞ vətəndaşı olan azərbaycanlı gənc Nyu Yorkun Park Avenyu küçəsindəki ünvanından 1 həftə əvvəldən yoxa çıxıb. Eyni küçədə yaşayan valideynlərin də ondan xəbəri yoxdur.

Polis R. Aslanovla bağlı axtarış aparır.

Dostları onun bir müddət əvvəl bir qara dərili ilə əlbəyaxa dalaşdığını və qarşı tərəfdən hədələndiyini bildirib.