Gündəm / Şou / Sosial

"Bu karantin müddətində çox çətinliklər oldu"


İllərdir gəlir yerləri toylar olan musiqiçilər, artıq bir ilə yaxındır işsiz qalıb. Karantin rejimi yumşaldılıb bir çox sahələr fəaliyyətini bərpa etsə də, toylarla bağlı qadağalar hələ də qüvvədə qalmaqdadır.

Şou-biznes nümayəndələri tez-tez maddi problemlərdən danışaraq el şənliklərinin bərpa edilməsini istəyirlər.

Yenisabah.az-a mövzu ilə bağlı danışan Əməkdar artist Tacir Şahmalıoğlu heç yerdən gəlirinin olmadığını bildirib:

"Bu karantin müddətində çox çətinliklər oldu, amma evdə oturduq, hələ də oturmuşuq. Yeyib-içib evdə otururuq. Toylar açılsa yaxşı olar. Ən azından millət çörək pulunu qazanar. Uzun müddət qadağa qoyulsa vəziyyət pis olacaq. Bu qədər millət hamısı oturub evdə, çörək gözləyir. Necə olacaq?

Vallah, maddi vəziyyət məndə də hamı kimidir. Allah dostların canına dəyməsin. Pul qurtardıqca gətirirlər, xərcləyirəm, sonra bir də gətirirlər. Başqa heç yerdən gəlirim yoxdur”.

Bir müddət əvvəl Prezidentə müraciət edərək fəaliyyətinə görə fəxri ad verilməsini istəyən müğənni müraciətinə cavab gəlmədiyini deyib:

"Fəxri adla bağlı müraciət etdim, amma heç bir xəbər çıxmadı. Hələ ki, maraqlanan yoxdur. Mən onsuz da ikinci dəfə yenə müraciət edəcəyəm”.