Gündəm

“PAŞA Bank”da yeni blok rəhbəri təyin olunub


Ölkənin ən böyük üç bankından biri "PAŞA Bank” ASC-də mühüm təyinat olub.

Dia.az Banker.az-a istinadən xəbər verir ki, Komplayns və idarəetmə blokuna bundan sonra Anar Kərimov rəhbərlik edəcək.
Bildirək ki, bankın təşkilati strukturunda 6 blok vardır, bunlar da üst menecmentdə yer alır. Bu blokların tərkibində şöbələr fəaliyyət göstərir.

Komplayns və idarəetmə blokunun tərkibində Korporativ idarəetmə və bankçılıq, Komplayns, AML və monitorinq, Hüquq məsələləri departamentləri fəaliyyət göstərir.

A.Kərimov buna qədər təyin olunduğu blokun tərkibində olan bloka Hüquq məsələləri departamentinin direktoru idi.

O, həmçinin, Azərbaycan Banklar Assosiasiyasının hüquq qrupunun üzvüdür.