Gündəm / Dünya

“Gələcək nəsillər bizi lənətləyəcək” - Ermənistan müxalifətinin lideri


Ermənistan müxalifətinin lideri Vazgen Manukyan yeni mitinq anonsu verib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, mitinq fevralın 12-si saat 15:00-a təyin olunub.

O, insanları Azadlıq meydanına dəvət edib.

"Gələcək nəsillər bizi lənətləyəcək. Yerevanın Azadlıq meydanında toplaşaraq, qarşıdakı addımlarımızı müzakirə etməliyik”- deyə açıqlamada bildirilir.