Gündəm / Sosial
17:51 / 10.02.2021
299

Gələn il qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinə ayrılan vəsait açıqlanıb

Gələn il qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinə ayrılan vəsait açıqlanıb
Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması üçün 2020-ci ilin icmal və dövlət büdcələrindən üst-üstə 765,6 mln. manat vəsait yönəldilib.

APA-nın məlumatına görə, bu, Azərbaycan Respublikasının 2020-ci il dövlət və icmal büdcəsinin icrasına dair məlumatda əksini tapıb.

Məlumatda qeyd olunub ki, həmin vəsaitin 565,6 mln. manatının dövlət büdcəsindən, 200,0 mln. manatının isə Dövlət Neft Fondunun büdcəsindən ayrılmış vəsait təşkil edir.

Qeyd olunan vəsaitin 360,2 mln. manatı qaçqın və məcburi köçkünlərə verilən müavinətlərə (331,5 mln. manat), bəzi kommunal xidmətlərin dəyərinin ödənilməsinə (17,1 mln. manat), qeyri-maddi aktivlərin, maşın və avadanlıqların alınmasına (4,4 mln. manat), cari təmir, bank xidmətləri xərclərinin ödənilməsi, digər xidmətlərin və ödənişlərin maliyyələşdirilməsinə (5,2 mln. manat) yönəldilmiş, 407,4 mln. manatı isə məcburi köçkünlər üçün mənzillərin və evlərin tikintisinə istifadə olunmuşdur.