Gündəm / Sosial

“Elçin Quliyev saman altından su yeridir” - Partiya sədri


"Elçin Quliyev saman altından su yeridir”.
Bunu Reportyor.info-ya Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin Şuşada sərhəd zastavası yaratmaq üçün Prezident İlham Əliyevə müraciət etməsi haqda danışarkən bildirib.

MMP sədrinin sözlərinə görə, Prezidentin də dediyi kimi sərhəd şəhəri olmayan Şuşada sərhəd zastavası qurmaq istəyi gülməlidir.
H.Hacıyev qeyd edib ki, E.Quliyev keçmiş "Qaçqınkom” sədri Əli Həsənovla qohumdur, korrupsiyaya bulaşıb: "Kim kimin kirvəsidir, qohumudur, fərq etmir, vəzifədən kənarlaşdırılmalıdır.
Elçin Quliyev vitse-prezidentlik arzusundaydı. Belə gərgin vaxtda dövlətin və prezidentin yanında olmalıyıq ki, korrupsionerlərdən xilas olaq”.