Gündəm / Sosial

MİDA-da HƏBSLƏR OLA BİLƏR - Yeyintiyə yol veriblərmiş...

MİDA-da HƏBSLƏR OLA BİLƏR
 Neçə müddətdir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) vasitəsilə təqdim olunan sosial evlərlə bağlı qalmaqallar yerli KİV-lərdə müzakirə olunmaqdadır. Nəhayət ki, bu məsələ "yuxarıların" diqqətini cəlb edib. Bu barədə DİA.AZ-a hökumətdəki mənbələrdən informasiya daxil olub.

Xəbəri verən qaynaq iddia edir ki, MİDA-nın fəaliyyətiylə bağlı hüquqi araşdırmalar başlayıb.

Dia.az-a söylənilənlər: "Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən "MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının özünün də fəaliyyəti araşdırılmaqdadır və bu barədə ictimaiyyət məlumatlandırılacaq".

Mənbə iddia edir ki, həbslərin olacağı istisna deyil..