Gündəm / Şou

Cavanşir Məmmədova 1 il efir qadağası qoyulub

Cavanşir Məmmədova 1 il efir qadağası qoyulub
Əməkdar artist Cavanşir Məmmədova efir qadağası qoyulubmuş.

Yenisabah.az xəbər verir ki, müğənni bir ildir efir qadağasında olduğunu bildirib. Bu haqda o, "Həmin Zaur” proqramında deyib.

İfaçı bildirib ki, buna səbəb onun radio və telekanllarla bağlı səsləndirdiyi tənqidi fikir olub:

"Mənə sual verdilər və fikir bildirdim. Orada elə nalayiq sözlər deməmişdim. Mənə bir ildir efir qadağası qoymuşdular. Eybi yox, ola bilər. Yaşımın, sənətimin bu dövründə oturub gözlədim ki, nə vaxt zəng edib məni çağıracaqlar. 46 ildir sənətdəyəm. Düşündüm ki, çağırıb deyərlər nə olub? Etdilər də, sağ olsunlar. Ürəyim sıxılırdı. Bir müğənnini öldürmək istəyirsinizsə, onun əlindən mikrofonu alın".