Gündəm / Sosial

Bakının mərkəzi rayonunda evlər qazsız qalıb - GİLEY

Bakının mərkəzi rayonunda evlər qazsız qalıb
Bakının mərkəzi rayonunda yaşayan bəzi sakinlər qazın verilməsindən şikayətçidir.

"MediaPost"a daxil olan şikayətdə bildirilir ki, paytaxtın Nəsimi rayonunda yerləşən Zabitlər parkı yaxınlığında yaşayış evlərinə mavi qazın verilişi dayanıb.
"Rayonun qaz istismar sahəsinin heç bir əməkdaşını tapa bilmirik ki, dərdimizi deyək. Qaynar xətti isə günün istənilən saatıda məşğuldur. Bir adam tapın dərdimizi deyək", - deyə rayon sakinləri bildirib.

Məsələ ilə bağlı "MediaPost" "Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərova əlaqə saxlayıb.
Qurum sözcüsü qeyd edilən problemlə əlaqədar ərazidəki mühəndislə danışdığını və qazın verilişində dayanmanın olmadığını söyləyib.