Gündəm / Dünya

“Döyüşlər davam etsəydi, biz hər şeyi itirərdik” - Arutyunyan

“Döyüşlər davam etsəydi, biz hər şeyi itirərdik” - Arutyunyan
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 

Özünü qondarma "Dağlıq Qarabağ respublikası”nın "prezident”i kimi təqdim edən Araik Arutyunyan Azərbaycanla müqayisədə dəfələrlə zəif olduqları haqda daha bir açıqlama verib. 

Kanal14.az bildirir ki, o, bu barədə öz feysbuk hesabında canlı yayım edib. Bildirib ki, döyüşlər belə sürətlə davam etsəydi, onlar hər şeylərini itirəcəkdilər.

"Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Hadrut bölgələrini, əsasən Xocavənd və Əsgəran bölgələrinin bir hissəsini və ən əsası Şuşanı itirdik. Döyüşlər artıq Xankəndinin kənarında, 2-3 kilometr məsafədə davam edirdi. Döyüşlər eyni sürətlə davam etsəydi, bir neçə gün ərzində hamısını itirmiş olardıq”,- deyə Arutyunyan qeyd edib.
(Qafqazinfo.az)