Gündəm / Cəmiyyət

İtkilər verən düşmən geri çəkilməyə məcbur edilib - RƏSMİ

 
İtkilər verən düşmən geri çəkilməyə məcbur edilib - RƏSMİ


 
 
 


 
Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.
Kanal14.az bildirir ki,bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 3 ədəd D-30 haubitsa topu, 1 ədəd "Zastava M-55” zenit qurğusu, 1 ədəd taktiki PUA-sı, 3 ədəd hərbi yük maşını məhv edilib və sıradan çıxarılıb.
Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.