Gündəm / Cəmiyyət

Ermənistan mülki vətəndaşları hədəfə alıb - Hacıyev

Ermənistan mülki vətəndaşları hədəfə alıb - Hacıyev








 
 
 





Saat 08:00-dan 13:00-dək Azərbaycanın Ağcabədi, Tərtər, Ağdam rayonlarına 100-dən çox top mərmisi atılıb. Fərq qoymadan mülki vətəndaşlar hədəf alınıb. Bu, Ermənistanın humanitar atəşkəs öhdəliklərinə necə əməl etdiyini göstərir. Xoşbəxtlikdən, vətəndaşlar arasında itki yoxdur.

Kanal14.az bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitterdə yazıb.