Gündəm / Cəmiyyət

Şairdən Paşinyana hiddətli cavab

Şairdən Paşinyana hiddətli cavab




 
 
 
 





                                                                                     Paşinyan

Gəlib yallı getdin, Cıdır düzündə
Abır-həya yoxdur vallah üzündə
Bir düzlük görmədik sənin  sözündə
Otur xarabanda öl,ay Paşinyan
Qarabağ bizimdir bil ,ay Paşinyan.

Bizimdir Kəlbəcər,Şuşa qalası
Topxana meşəsi,Cıdır talası
Ay faşist cəlladı,rusun tulası
Otur xarabanda öl,ay Paşinyan
Qarabağ bizimdir bil,ay Paşinyan.

Deyəsən pozulub sənin yaddaşın
Yoxdur Qarabağda torpağın,daşın
Çaqqaldır,tülküdür dostun,yoldaşın
Otur xarabanda öl,ay Paşinyan
Qarabağ bizimdir bil,ay Paşinyan.

Ordumuz,xalqımız qorxmayır səndən
Gözünü bir yolluq çək bu  Vətəndən
Ayıl,özünə gəl,sən ay qaniçən
Otur xarabanda öl,ay Paşinyan
Qarabağ bizimdir bil,ay Paşinyan.

Biz əldən vermərik doğma Vətəni
Xocalının ahı tutacaq səni
Gəl qana boyama çölü,çəməni
Otur xarabanda öl,ay Paşinyan
Qarabağ bizimdir bil,ay Paşinyan.

                                              Əziz Musa