Dünya

Fransa öz vətəndaşlarına Ermənistana getməməyi tövsiyə etdi

Fransa Xarici İşlər Nazirliyi Fransa vətəndaşlarına guya əraziləri artilleriya və pilotsuz təyyarələrlə atəşə tutulduğu üçün indiki vaxtda Ermənistana getməməyi tövsiyə edib.

Kanal14.az Qlobal.az-a istinadən xəbər verir ki, Fransanın açıqlamasında Dağlıq Qarabağda qarşıdurmaların davam etdiyi, artilleriya və PUA-ların Ermənistan-Azərbaycan sərhədində Ermənistan ərazilərini atəşə tutduğu bildirilib:

"Bu hadisələrin fonunda təcili səbəblər xaricində Ermənistana səyahət məhdudlaşdırılmalı və o ölkə daxilində səyahət minimuma endirilməlidir".