Dünya

Almaniya Navalnının işi üzrə istintaq başlada bilər?

Almaniya Navalnının işi üzrə istintaq başlada bilər?

Almaniya ədliyyəsi bloqqer Aleksey Navalnının zəhərlənməsi ilə bağlı öz cinayət araşdırmalarına başlaya bilməz, belə ki, mümkün cinayət ölkə ərazisində baş verməyib.

Kanal14.az "Qafqazinfo”a istinadən xəbər verir ki, bu barədə "Süddeutsche Zeitung” qəzeti istintaq dairələrindəki mənbələrə istinadən məlumat verib.

Almaniya kansleri Angela Merkelin alman nümunələri tədqiqatının ilk nəticələri barədə məlumatları elan etməzdən əvvəl hökumət Karlsrue şəhərindəki Baş Prokurorluq ilə əlaqə yaradıb.

 

Qəzetin yazdığına görə, vəkillərdən Almaniyanın Navalnının zəhərlənməsi ilə bağlı istintaq başlada bilib-bilməyəcəyi soruşulub. Hüquq müdafiəçiləri isə bunun mümkün olmayacağını bildiriblər.

Xatırladaq ki, 20 avqustda Tomsk-Moskva uçuşu əsnasında Navalnının vəziyyətinin pisləşməsilə təyyarə Omsk şəhərinə təcili eniş etmiş, siyasətçi təcili yardımla Omsk 1 nömrəli xəstəxanasına aparılmışdı. 22 avqustda isə o, yaxınlarının tələbi ilə xüsusi təyyarə vasitəsilə Berlinin "Şarite” klinikasına köçürülmüşdü.

Sentyabrın 3-də Almaniya hökuməti Aleksey Navalnının səhhəti ilə bağlı rəsmi mətbuat açıqlaması yaymışdı. Bəyanatda rus siyasətçinin tərkibinə görə "Noviçok” qrupuna aid olan sinir iflicedici maddə ilə zəhərləndiyi qeyd olunmuşdu.

Daha sonra onun nümunələri Fransa və İsveç laboratoriyalarında təkrar analiz olunmuş, "Noviçok”la zəhərləndiyi açıqlanmışdı.