Dünya

Almaniyada 29 polis bu paylaşımlarına görə işdən çıxarıldı

Almaniyada 29 polis bu paylaşımlarına görə işdən çıxarıldıAlmaniyada 29 polis əməkdaşı "WhatsApp" qruplarında Adolf Hitlerin görüntülərini və miqrantların qaz otaqlarındakı şiddət videolarını paylaşmaları səbəbilə vəzifədən azad edilib.

Kanal14.az bildirir ki, bu barədə ölkənin şimali Ren Vestfalya əyaləti rəsmiləri məlumat yayıb. Açıqlamada 34 polis bölməsinə və evlərə basqın edildiyi bildirilib. Basqınlarda Adolf Hitlerin şəkilləri, svastika və düşərgələrdə qaz kamerasındakı şəxslərin görüntüləri olan materialların tapıldığı qeyd olunub. Polis məmurlarının "WhatsApp" qruplarında 100-dən çox neonasist simvolunu da paylaşdıqları vurğulanıb.

 

Bu barədə açıqlama verən şimali Ren Vestfalya Daxili İşlər naziri Herbert Reul baş verənlərin bölgə üçün utanc olduğunu deyib: "Bu, ən pis və ən iyrənc nifrət nümayişidir. Neonanistlərin şimali Ren Vestfalya polis idarəsində qətiyyən yeri yoxdur".

Vəzifədən azad edilən polis məmurlarının çoxunun işdən çıxarıldığı Essen Şəhər Polis Şefi Frank Riçter isə yaşananlarla bağlı "təəccübləndim və utanıram. Söz tapmaq çətindir" - deyə qeyd edib.

Məlumat üçün bildirək ki, Almaniyada nasistlərə məxsus məlumatları toplamaq və yaymaq qadağandır./mediapost