Dünya

BMT-dən Liviya ilə bağlı kritik qərar

BMT Təhlükəsizlik Şurası Liviyaya qarşı tətbiq edilən silah embarqosuna riayət edilməsini və muzdluların ölkədən çıxarılmasını tələb edən qətnamə qəbul edib.

Kanal14.az Axar.az-a istinadən xəbər verir ki, Təhlükəsizlik Şurası eyni zamanda, Liviyaya Dəstək Missiyasının səlahiyyət müddətini 15 sentyabr 2021-ci il tarixinədək uzadılmasını qərara alıb.

Digər tərəfdən, diplomatik qaynaqlardan əldə edilən məlumata görə, BMT-nin Liviya üzrə xüsus təmsilçisi vəzifəsinə bolqar diplomat Nikolay Mladenovun gətirilməsi planlaşdırılır. Qananın sabiq Xarici İşlər naziri Hanna Server Tettehin də bu vəzifə üçün adı hallanır.