Dünya

Belarus iki ölkə ilə hərbi əməkdaşlığı dayandıra bilər

Belarus siyasi ziddiyyətlər fonunda Polşa və Litva ilə hərbi əlaqələri qüvvədə saxlasa da, yaxın zamanda beynəlxalq hərbi əməkdaşlıq formatlarını yenidən nəzərdən keçirə bilər.

Kanal14.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Belarus Müdafiə nazirinin köməkçisi Oleq Voinov deyib.

"Bölgədəki hadisələr Minskin beynəlxalq siyasətinə də təsir edir. Bu proseslərin Belarusun beynəlxalq hərbi əməkdaşlıq əlaqələrinə təsirsiz ötüşməyəcəyi istisna edilmir”, - Q.Voinov bildirib.