Dünya

“Yaşıl bölgə” raketlə vuruldu: ABŞ səfirliyi...

İraqın paytaxtı Bağdadda "Yaşıl bölgə”yə raket zərbələri endirilib.

Kanal14.az Axar.az-a istinadən xəbər verir ki, "Katyuşa” raketlərinin ABŞ səfirliyinin yaxınlığına düşdüyü bildirilib.

Hadisə zamanı tələfatın olub-olmaması barədə məlumat verilməyib.

Qeyd edək ki, "Yaşıl bölgə” adlanan ərazidə ABŞ səfirliyi və bəzi digər xarici ölkə nümayəndəlikləri, hökumət binaları yerləşir.