Dünya

Əsəd rejimindən ABŞ-a sərt mesaj: Neftimizi oğurlayırlar

ABŞ Suriya neftini oğurlayır.

Kanal14.az Axar.az-a istinadən xəbər verir ki, bunu Suriyanın BMT-dəki daimi təmsilçisi Bəşər əl-Cəfəri deyib.

"ABŞ-a məxsus "Delta Crescent Energy LLC” şirkəti Suriyanın şimal-şərqində neft hasilatı və ticarət adı altında YPG terror təşkilatı vasitəsilə ölkənin yeraltı sərvətlərini yağmalayır. ABŞ Suriya neftini oğurlayaraq, xalqın güzəranını yaxşılaşdırmaq üçün lazım olan əsas gəlirlərdən məhrum edir”, - Cəfəri bildirib.