Dünya

Rusiya ordusu 1 trilyonluq müqaviləyə hazırlaşır

"Ordu 2020” forumunda Rusiya Müdafiə Nazirliyi hərbi-sənaye müəssisələri ilə 1 trilyon 160 milyard rubl dəyərində 39 müqavilə imzalamağı planlaşdırır.

Kanal14.az bildiirir ki, bunu Rusiya Müdafiə naziri Sergey Şoyqu deyib.

O, Rusiya Müdafiə Nazirliyinin kiçik silah partiyalarından böyük silah seriyasına keçdiyini bildirib.

Şoyqu Rusiyanın ordunu yenidən silahlandırdığını söyləyib.

(Axar.az)