Dünya

İran yeni ballistik raketini təqdim etdi

İran Silahlı Qüvvələri yeni ballistik raketini təqdim edib.

Kanal14.az Axar.az-a istinadən xəbər verir ki, yeni raket Suriyada öldürülən SEPAH generalı Qasım Süleymaninin adını daşıyır.

Bundan əlavə, Süleymani ilə birlikdə öldürülən Haşdi Şabi komandiri Əbu Mehdi əl-Muhəndisin şərəfinə adlandırılan yeni "Əbu Mehdi" qanadlı raketi də nümayiş olunub.