Dünya / Səhiyyə

Braziliyada koronavirusla bağlı son vəziyyət: Rəqəmlər artmaqdadır

Braziliyada koronavirusa yoluxanların sayı artıb.

Kanal14.az Cebhe.info-a istinadən xəbər verir ki, son sutka ərzində 57 837 yeni yoluxma halı qeydə alınıb.

Ölkədə infeksiyaya ümumi yoluxma hallarının sayı 2 610 102 nəfərə yüksəlib. Həmçinin pandemiya qurbanlarının sayı 91 263 nəfərə çatıb.

Braziliya koronavirusa yoluxma hallarının sayına görə ABŞ-dan sonra ikinci yerdədir.