Dünya

Dünyanın ən zəngin adamı bir gündə 13 milyard qazandı

Dünyanın ən zəngin adamı bir gündə 13 milyard qazandı

Dünyanın ən zəngin adamı, ABŞ-ın "Amazon" korporasiyasının rəhbəri Ceff Bezosun xalis sərvəti ötən gün 13 mlrd. ABŞ dolları artıb.

Kanal14.az bildirir ki, bu, "Bloomberg Billionaires Index" reytinqində indiyədək qeydə alınmış ən yüksək artım dinamikasıdır. Bununla bərabər "Amazon"un da səhmləri 7,9% bahalaşaraq 2018-ci ilin dekabrından bəri ən yüksək həddə çatıb. Son bir ildə Ceff Bezosun xalis sərvəti 74,4 mlrd. dollar artıb və hazırda 189 mlrd. dollar təşkil edir.

Qeyd edək ki, "Bloomberg Billionaires Index" renkinqində ikinci yerdə "Microsoft" şirkətinin yaradıcısı Bill Geyts (118 mlrd. dollar), üçüncü yerdə isə Fransanın LVMH ("Louis Vuitton Moet Hennessy") şirkətlər qrupunun baş meneceri Bernar Arno (94,7 mlrd. dollar) qərarlaşıb.
(Metbuat.az)