Dünya / Səhiyyə

Koronavirus peyvəndi insan orqanizmi üçün TƏHLÜKƏLİDİR? - Professor Adil Qeybulladan AÇIQLAMA

Koronavirus peyvəndi insan orqanizmi üçün TƏHLÜKƏLİDİR? -

Məlumdur ki, peyvənd hazırlanması tələskənlik xoşlamır, sözügedən prosesdə təhlükəsizlik məsələlərinin öyrənilməsinə xeyli vaxt sərf olunur. Bəs koronavirus peyvəndinin insan orqanizmi üçün nə kimi təhlükələri ola bilər?

Kanal14.az xəbər verir ki, bu barədə danışan Tibb elmləri doktoru, professor Adil Qeybullanın fikrincə, koronavirusa qarşı peyvəndə ehtiyac olmayacaq, çünki payızın sonunadək pandemiya bitəcək.

- Peyvəndləmə təhlükəsiz deyil. Peyvənd icad olunsa belə, onun insan orqanizminə necə təsir edəcəyini proqnozlaşdırmaq çətindir. Qısa müddət ərzində peyvəndin təhlükəsizliyini və effektivliyini yoxlamaq mümükün deyil. Bunlarıaraşdırıb öyrənmədən isə kütləvi peyvəndləmə aparmaq olmaz: dəfələrlə tələsik peyvəndləmənin faciələrlə sonuclanması müşahidə olunub.

Düşünürəm ki, sözügedən peyvəndin yaradılması və sınaqdan keçirilməsinə qədər koronavirus mutasiyaya uğrayıb özü tədricən yox olacaq. Bu baxımdan, karantin mədəniyyətinə əməl etmək, sosial məsafəni qorumaq, maska taxmaq və əlləri tez-tez yuyub təmizləmək infeksiyanın qarşısını almağın ən effektiv və asan yoludur.

- Vətəndaşları bir məsələ narahat edir: nədən bəzi hallarda xəstəlik çox ağır keçir, hətta ölümlə nəticələnir, bəzi hallardasa isə o qədər yüngül keçir ki, yoluxanlar hətta xəstə olduqlrından belə xəbər tutmurlar? Ən kədərlisi isə ölənlərin arasında sağlam, cavan adamların, idmançıların olmasıdır...

- Bu yoluxma zamanı bədənə daxil olan virusun titrindən asılıdır. Virusun titri nə qədər yüksəkdirsə, xəstəlik də bir o qədər ağır keçir. Yeri gəlmişkən, bu həkimlərdə və tibb mütəxəssislərində xəstəliyin daha ağır gedişatını izah edir. Buna görə də karantin qaydalarına əməl edənlər üçün xəstəlikdən qorunmaq daha asandır. xəstəliyə dözmək daha asandır. Uşaqlar, gənclər, bəzən də böyüklərdə xəstəlik simptomsuz keçir.(qaynarinfo)