Dünya / Səhiyyə

Bir gündə 45 242 nəfər virusa yoluxdu – ABŞ-da yeni antirekord

Kanal14.az bildirir ki, ABŞ-da son sutka ərzində 45 242 nəfər yeni tipli koronavirusa yoluxub. "Röyters” informasiya agentliyi bunun yeni sutkalıq rekord olduğunu bildirib.

Con Hopkins Universitetinin məlumatına görə, ABŞ-da Kovid-19 virusundan ölənlərin sayı 125 min nəfəri keçib. Universitet  ABŞ-da ümumilikdə indiyə qədər 2 467 510 yoluxma, 63 000-dən artıq sağalma halı qeydə alıb.

ABŞ prezidenti Donadl Tramp açıqlamalarından birində, koronavirusa yoluxma halları fonunda ölüm hallarının azaldığını deyib.

(Hurriyyet.org)