Dünya

Rusiya turistlərə qapılarını açır - YENİ QƏRAR

Rusiya turistlərə qapılarını açır - YENİ QƏRAR
1 iyul tarixindən etibarən Rusiyanın 67 bölgəsi turistləri qəbul etməyə hazır olacaq.

Kanal14.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Federal Turizm Agentliyinin rəhbəri Zarina Doquzova jurnalistlərə açıqlamasında deyib.

 
O, bildirib ki, əvvəlki illərdə Rusiyanın əksər bölgələrində yay turizm mövsümünün tam başlaması iyulun 1-nə təsadüf edirdi. Gələn həftədən turizmin 40 subyekti - otellər, motellər və digər yaşayış obyektləri işə başlayacaq. İyunun 28-də artıq yay səyahətlərinə start veriləcək.

Z.Doquzova qeyd edib ki, təəssüf ki, pandemiya dövründə sanatoriya-kurort müəssisələri üçün icazə sertifikat lazımdır. Bu tələbin aradan qaldırılmasına çalışırıq.

Onun sözlərinə görə, sözügedən məcburi sertifikat turizm komplekslərinin rahat şəkildə fəaliyyəti üçün maneə törədir. Bu məsələ müvafiq qurumlarla müzakirə edilir.