Dünya

Türkiyədən Azərbaycana təbrik mesajı

Türkiyənin Bakıdakı səfirliyi Azərbaycanı Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.

Kanal14.az Teleqraf.com-a istinadən xəbər verir ki, səfirlik rəsmi Feysbuk səhifəsində təbrik ünvanlayıb.

"Qardaş Azərbaycanın Silahlı Qüvvələrini 26 iyun - Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edir, Vətən naminə müqəddəs və şərəfli xidmətlərində uğurlar arzulayırıq", - deyə qeyd olunub.