Dünya

ABŞ-dan şok hesabat: İvanişvilini qara siyahıya alaq

ABŞ Respublikaçılar Partiyasının Araşdırma Komitəsi Konqresə Rusiyanı terrorizmin sponsoru olan ölkə kimi tanımağı və yeni sanksiyalar tətbiq etməyi təklif edən hesabat verib.

Kanal14.az bildirir ki, hesabatda Moskva SEPAH-a, Hizbullaha, Talibana və Rus İmperiya Hərəkatına dəstəkdə ittiham edilib.

Sənəddə həmçinin Rusiyanın muzdlular vasitəsilə hərbi aqressiya nümayiş etdirdiyi bildirilib. Hesabat müəllifləri bütün bunlarla əlaqədar olaraq Rusiyanın neft-qaz layihələri ilə əlaqəli olan şirkətlərə məhdudiyyət qoymağı, eləcə də Rusiyanı SWIFT sistemindən uzaqlaşdırmağı təklif ediblər.

Sənəddə Kremllə əlaqəli olan oliqarxlara da sanksiya tətbiqi məsələsi yer alıb. Bu oliqarxlar sırasında Vladimir Yevtuşenkov, Bidzina İvanişvili və ukraynalı biznesmen Viktor Medvedçukun da adı yer alıb.

(Axar.az)