Dünya

Zaxarova ABŞ-ın enerji məsələsi ilə bağlı Almaniyaya təzyiq göstərdiyini açıqlayıb

ABŞ, Berlinin Moskva ilə bağlı enerji siyasətinə yenidən baxılmasını tələb edərək Almaniyaya təzyiq göstərir.

Kanal14.az RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Bu, əlbəttə ki, enerji məsələlələri ilə bağlı çox böyük bir təzyiqdir. ABŞ-ın Berlindəki səfiri hər gün Almaniya xalqını və bu ölkənin rəhbərliyini Rusiya ilə enerji siyasətini yenidən nəzərdən keçirməklə bağlı təhdid edir və ya seçim qarşısında qoyur", o deyib.

Qeyd edək ki, "DPA" agentliyi ABŞ diplomatik nümayəndəliyinə istinadən, iyunun 2-də ABŞ-ın Almaniyadakı səfiri Riçard Qrenellin Berlindəki fəaliyyətindən iki il sonra istefa etdiyini xəbər verib.


  •