Dünya

Şimalı Kiprdə həbs olunan FETÖ terror təşkilatının 50 üzvü Türkiyəyə təhvil verilib

Şimali Kiprdən qaçaq yolla Yunanıstanın Rodos adasına keçmək istəyərkən saxlanılan FETÖ terror təşkilatının 50 üzvü Türkiyənin təhlükəsizlik orqanlarına təhvil verilib.

Qanun.info.az Azərtaca-a istinadən xəbər verir ki, həbs olunanlar arasında fərari, tələbə və yüksək rütbəli hərbçilər də var. Onlar polis tərəfindən iyulun 28-də Şimali Kiprin su ərazisindən qanunsuz yolla çıxmaq istərkən həbs olunublar.