Dünya

Karantinə etiraz edən qadın çılpaq şəkildə polis maşınının üstünə çıxdı

İspaniyada 41 yaşlı qadın ölkədə tətbiq edilən karantin qaydalarına etiraz əlaməti olaraq çılpaq şəkildə polis maşınının üstünə çıxıb.

"Daily Mail” xəbər verir ki, hadisə Kosta-del-Sol bölgəsində yerləşən Torremolinos şəhərində qeydə alınıb.

Məlumata əsasən, qadın karantin qaydalarına riayət etmədiyi üçün məhkəməyə çağırılıb. Məhkəmə binasından çıxdıqdan sonra o, tamamilə soyunaraq yaxında duran polis avtomobilinin üstünə çıxıb.

Qeyd edək ki, polis ona qarşı güc tətbiq etməli olub. Məhkəmənin qərarına hörmət etməyən qadın həbs edilib.