Dünya

Bakıda Nazarbayevə fəxri prezident adı təqdim ediləcək - Ərdoğan

Bakıda Nazarbayevə fəxri prezident adı təqdim ediləcək - Ərdoğan
 
 

 
 
 
 
 

"Bakıda baş tutacaq Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının  7-ci sammitində  Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevə şuranın "fəxri prezidenti” adı təqdim ediləcək”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı səfərindən əvvəl hava limanındakı açıqlamasında belə deyib.

O bildirib ki, Bakıdakı sammit türkdilli ölkələr arasında əməkdaşlığın inkişaf etməsinə xidmət edəcək.