Dünya / İdman

Özü işləyir, xanımı ilə oğlu milyonluq yaxtasında dincəlir - Fotolar

Özü işləyir, xanımı ilə oğlu milyonluq yaxtasında dincəlir


 

"Başakşehirspor”un futbolçusu Arda Turanın ötən il aldığı "Grey Stone” adlı yaxtaya ödədiyi pulun miqdarı məlum olub.

DogruXeber.az-ın "CNNturk”ə istinadən verdiyi xəbərə görə, lüks yaxta futbolçuya 2 milyon 950 min lirəyə (890 min 605 AZN) başa gəlib. 

Yaxtanın içi xüsusi olaraq Arda Turanın istəyi ilə dizayn edilib. 

 

Demək olar ki, "Grey Stone” daxili dizaynına görə 5 ulduzlu hotellərdən fərqlənmir. 24 metr uzunluğundakı yaxtanın göyərtəsi 6 nəfər üçün nəzərdə tutulub. Biri VIP olmaqla, ümumilikdə 3 kabini var.

Hazırda Ardanın xanımı Aslıhan Doğan ilə oğlu Həmzə yaxtada istirahət edir. Futbolçunun isə həftəsonunu ailəsi ilə Bodrumda yaxtada keçirmək üçün rəhbərlikdən icazə alacağı deyilir.