Dünya

Zərrin Özərin keçmiş əri xəstəxanaya yerləşdirildi - FOTO

Zərrin Özərlə evləndikdən sonra fırıldaqçı olduğu iddila edilən və Özərin hadisədən sonra boşanmaq qərarına gəldiyi Murad Akıncı xəstəxanaya yerləşdirilib.

Kanal14.az ölkə.az-a istinadən bildirir ki, Akıncının xəstəxanadan görüntüsü üzə çıxıb.

İddiaya görə, Murad bir çox qadından pul alaraq onları aldadıb. Deyilənlərə görə, hətta Zərrin Özərdən də pul alıb. Bu xəbərlər ortaya çıxdıqdan sonra Zərrinin vəziyyəti pisləşib və xəstaxanaya yerləşdirilib.

Zərrindən sonra Muradın da vəziyyəti pisləşib və onu xəstəxanaya yerləşdiriblər. Təzyiqi düşən və Sarıyer səmtində bir xəstəxanaya aparılan Akıncının çarpayıdan fotosu yayılıb.