Dünya

"Yeni Zelandiyada məscidə hücum edən şəxs 2 dəfə Türkiyədə olub" — Ərdoğan

http://olke.az/uploads/1552768929/dfghjgtfrdederftgh.jpg
 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yeni Zelandiyada məscidə hücumda şübhəli bilinən Brenton Tarrantın iki dəfə Türkiyəyə səfər etdiyini bildirib.

"Kanal14.az" bildirir ki, "Anadolu”nun məlumatına görə, o bildirib ki, Tarrantın ilk səfəri üç gün, ikinci səfəri isə 40 gün davam edib.

Ərdoğan hazırda həmin şəxsin Türkiyədəki əlaqələrinin müəyyən edilməsi məqsədi ilə araşdırma aparıldığını deyib.

"Lakin biz istəyirik ki, Yeni Zelandiya da Tarrantı məsuliyyətə cəlb etsin və o, həbsdə qalsın. Dünyanın o biri tərəfində yaşayan cinayətkar müsəlman və türklərə necə bu cür nifrət edə bilər?”, - deyə o vurğulayıb.

<iframe class="adributor-resize" style="box-sizing: border-box; overflow: hidden; max-width: 580px; width: 580px; padding: 0px !important; margin: 0px !important; border-width: initial !important; border-style: none !important; height: 0px !important; min-height: 0px !important; display: block !important;"></iframe>

Ərdoğan qeyd edib ki, Tarrant Yeni Zelandiyada məscidə hücuma görə cəzasını almalıdır.