Dünya

Məşhur aktrisanı əri vəhşicəsinə döydü

http://olke.az/uploads/1549084690/ser.jpg
 
Amerikalı aktrisa Cenni Farley əri Rocer Mattes tərəfindən döyüldüyünü bildirib.

 Cenni əri tərəfindən döyüldüyü və qaldırılıb yerə çırpıldığı videonu sosial şəbəkədə paylaşıb.

Farley bildirib ki, əri tərəfindən dəfələrlə şiddətə məruz qalıb. O, əri onu döyəndə övladının qorxudan ağladığını bildirib.
Aktrisa əri ilə dalaşmasının səbəbindən də danışıb:

"Şiddətə görə uşaqlara psixoloq lazım idi, ərim evə buraxmadı. Dayəyə də pul vermədi. Bu səbəbdən mübahisə etdik”.
Bundan başqa Cenni bildirib ki, əri tez-tez ona xəyanət edir.