Dünya

KİV: Baş nazir koronavirusdan ölüb

KİV: Baş nazir koronavirusdan ölüb
 
 
 
 
 
 
 

 
 
 
 
 
 
 

Esvatininin (keçmiş Svazilend) baş naziri Ambrous Dlamini 52 yaşında qəfil dünyasını dəyişib.

Kanal14.az "Report"a istinadən xəbər verir ki, bunu bu gün səhər krallığın hökuməti açıqlayıb.

Məlumata görə, baş nazirə 2 həftə öncə baş nazirə koronavirus diaqnozu qoyulmuşdu.

A.Dlamininin koronavirusdan öldüyü güman edilsə də, bununla bağlı rəsmi açıqlama olmayıb.

Qeyd edək ki, Esvatini krallığında indiyədək 6 786 yoluxma faktı qeydə alınıb. Onlardan 6 379 nəfər sağalsa da, 127 nəfər ölüb.