Dünya

Ermənistanda növbəti etiraz aksiyası keçirilir

Ermənistanda növbəti etiraz aksiyası keçirilir
 
 
 
 
 
 
 
 


 
 
 
 

Ermənistanın Eçmiədzin şəhərində hərbi hissə yaxınlığında etiraz aksiyası keçirilir.

Kanal14.az erməni KİV-lərinə istinadən xəbər verir ki, aksiyada Qarabağ müharibəsində itkin düşmüş əsgərlərin onlarla yaxını iştirak edir.

Etirazçılar həmin əsgərlərin tapılaraq Ermənistana qaytarılmasını tələb edir. (Trend)

Qeyd olunur ki, oktyabr ayında Eçmiədzindən çox sayda ehtiyatda olan əsgər Zəngilan istiqamətində döyüşlərə göndərilmiş, onların əksəriyyəti mühasirədə itkin düşmüşdü.

Yalnız 34 nəfərin mühasirədən çıxa bildiyi deyilir.