Dünya / Səhiyyə

Yaponiyada quş qripi sürətlə yayılır

Yaponiyada quş qripi sürətlə yayılır
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 

Yaponiya hökuməti ölkənin sayca üçüncü prefekturasında quş qripinin yayılmasını qeydə alıb.

Qeyd olunur ki, xəstəliyin növbəti ocağı Yaponiyanın qərbindəki Hyoqo prefekturasının Avadzi şəhərində aşkarlanıb. Sanitar tədbirlər çərçivəsində prefektura rəhbərliyi yerli quşçuluq təsərrüfatındakı 146 minə yaxın toyuğu məhv etmək niyyətindədir.

Daha əvvəl Kaqava və Fukuoka prefekturalarında quş qripinin yayılmasını qeydə alınmışdı. Bununla əlaqədar olaraq, regionda ümumilikdə 1,2 milyondan çox toyuq məhv edilib.

Mənbə:"Kyodo" agentliyi