Dünya

Ermənipərəst aparıcı ETİRAF ETDİ: "ermənilər Paşinyanı tapsalar, parçalayacaqlar"

Ermənipərəst aparıcı ETİRAF ETDİ: "ermənilər Paşinyanı tapsalar, parçalayacaqlar"
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 

Ermənipərəst rus aparıcı Vladimir Solovyov nəhayət ki, etiraf etməyi bacardı.

Kanal14.az aparıcının efirdə səsləndirdiyi fikirləri təqdim edir:

"Nəticə etibarilə Əliyev Paşinyanı məğlub etdi.

Paşinyan 30 il davam edən razılaşmaları yerinə yetirmək əvəzinə, Şuşada rəqs edərək, Azərbaycana qarşı təxribat etdi, andiçmə mərasimi keçirdi.

İndi isə Paşinyan öz xalqından gizlənir. Əgər insanlar Paşinyanı tapsaydı, onu parçalayacaqdılar"

Bəli halbuki, bir müddət öncə tam əksini danışırdı. Amma heç təəccüblü deyil ki, bu elə gerçəyin özüdür. O gerçək ki, öz səsi ilə öz verilişindəcə həqiqəti danışdı.

O da yaxşı dərk etdi ki, öz xalqı belə Paşinyanın nə mal olduğunu anladı.

Amma deyək ki, gec olsa da, güc oldu qələbəmiz.

30 ilin həsrətinə 44 gündə son qoyuldu.

Güclü liderə, yürütdüyü siyasi strategiyası ilə dünya dövlətlərinə nüunə olan Qarabağın fatehi Azərbaycana Qələbə bəxş etdi.

Bu müjdə 30 ildir ki, torpaq həsrəti ilə qovrulanların ürəyinə sərin sular səpdi.

Xalq ordusu şəhərdə Qələbə yürüşünə başladı.

İndi hamı o müqəddəs torpaqlara tələsir. İndi hamı Şuşaya, Kəlbəcərə, Xocalıya, Xankəndinə, Qubadlıya, Laçına, Zəngilana, Cəbrayıla , Füzuliyə, Ağdama, bütün Qarabağa tələsir.İndi hamı Qarabağlıdır. Çünki Qarabağ Azərbaycandır!

Hə o ki, qaldı ermənipərəst rus aparıcı Vladimir Solovyova.

Qeyd edək ki, aparıcı bir müddət öncə "Youtube" kanalı vasitəsilə yayımlanan canlı verilişində Qarabağda gedən hərbi əməliyyatlara toxunaraq, işğalçı Ermənistanın tərəfində olduğunu açıq-aşkar büruzə verib.

Belə ki, o, ermənilərin hərbi komissarlığın önündə toplaşaraq, guya böyük ruh yüksəkliyi və alqışlarla cəbhəyə yollandıqlarını əks etdirən süjet göstərmək istəyib. Lakin efirə Azərbaycanda hərbi komissarlıqlardan birinin önündə çəkilən görüntülər gedib.

Azərbaycan bayrağını görən Solovyov hiddətlənərək, işçilərə "Sizin başınız işləyir? Bu səhv deyil, səhvdən də ağır bir şeydir. Nə etdiyinizi başa düşürsüz?! Sizə sözüm yoxdur" deyə bildirib.

(Big.az)