Dünya

Reynmendən 2 milyon tələb edirlər

Reynmendən 2 milyon tələb edirlər
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
Türkiyəli müğənni Reynmenə qarşı 2 milyon lirəlik dava açılıb.

Kanal14.az türk mətbuatına istinadən xəbər verir ki, konsert turu təşkil edən şirkətlərdən biri ifaçı ilə 500 min avro məbləğində müqavilə imzalayıb. Razılaşmaya əsasən, Reynmen bu il Avropada 10 konsert turu reallaşdırmalı idi.

 

İlin əvvəlindən dünyada koronovirus pandemiyası yayıldığına görə layihə də ləğv edilib. Şirkət konsertdən əvvəl Reynmenə 200 min avro yəni, 2 milyon lirə pul ödəyib. Hazırda sözügedən şirkət ifaçıdan 200 min avronu geri tələb edir.

Şirkət rəsmilərinin məlumatına görə, onlar bir neçə dəfə müğənnidən həmin məbləği tələb etsə də, ifaçı pulu geri qaytarmayıb. Ona görə də şirkət  Reynmeni məhkəməyə verib.